Yuxusuzluğun əsas səbəbləri
📌 Yuxusuzluğun əsas səbəbləri
İnsomniya və ya yuxusuzluq yuxuya getməyi çətinləşdirən, və ya çox erkən oyanmağınıza və yenidən yata bilməyinizi çətinləşdirən ümumi yuxu pozğunluğudur. Yuxusuzluq təkcə enerji səviyyənizi və əhvalınızı deyil, həm də sağlamlığınızı, iş performansınızı və həyat keyfiyyətinizi azalda bilər.
Yuxusuzluğun əsas səbəbləri nələrdir?
Yuxusuzluğa nəyin dəqiq səbəb olduğu həmişə eyni faktorla əlaqələndirilməsə də tez-tez aşağıdakılarla bağlı olur:
🔵 Stress və narahatlıq
🔵 Zəif yuxu mühiti – Narahat çarpayı və ya çox səs-küylü, isti və ya soyuq bir yataq otağı
🔵 Həyat tərzi faktorlar – Uyğun olmayan qidalar, spirtli içki aludəçiliyi və ya yatmazdan öncə kofein içmək
🔵 Fiziki sağlamlıq şərtləri – ürək problemləri, digər yuxu pozğunluqları və uzunmüddətli ağrılar
Əgər yuxusuzluq gün ərzində işləməyinizi çətinləşdirirsə, yuxu probleminizin səbəbini və necə müalicə olunacağını müəyyən etmək üçün həkimə müraciət edə bilərsiniz.
📱: 012 465 06 06 / 050 465 06 06
📍Ünvan: Diamed Medical Group, Ak. Həsən Əliyev 493
www.diamedmedicalgroup.az