>> Dr. Əlövsat Bayramov
Həkim - qastroenteroloq-endoskopist
Həkim – qastroenteroloq-endoskopist
1977-1983-cü illərdə Qazaxıstan Selinoqrad Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində təhsil almış, sonrakı 5 il müddətində Astana vilayət xəstəxanasında həkim-terapevt, həkim endoskopist işləmişdir.
1988-1996-cı illərdə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həkim-endoskopist, 1996-2006-cı illərdə M.Topçubaşov adına Elmi – Cərrahiyyə Mərkəzində həkim-endoskopist, şöbə müdiri kimi çalışmışdır.
2011-ci ildə tibb sahəsində uğurlu fəaliyyətinə görə “İlin həkimi” adına layiq görülüb.