>> t.e.d. Prof. Rafiq Quliyev
t.e.d professor həkim – terapevt
1982 -ci ildə Saratov Tibb İnstitunun Hərbi tibb fakültəsini bitirmişdir.
1993-cü ildə isə Sankt-Peterburq (Rusiya) Hərbi-Tibb Akademiyasının 1-ci fakültəsini terapiya ixtisası üzrə bitirmişdir. Priozyorsk, Alma-Ata, Moskva şəhərlərinin hospitallarinda, Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının klinikalarında uzun müddət işləmişdir. .
Müdafiə Nazirliyinin Baş klinik hospitalında terapiya şöbəsinin müdiri, 6 il müddətində Müdafiə Nazirliyinin Baş Terapevti vəzifəsində çalışmışdır.
13 il ərzində Azərbaycan Tibb Universitetində dekan və Terapiya kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir
Terapiyanın müxtəlif sahələri üzrə (kardioligiya, qastroenterologiya, revmatologiya, homeopatiya ) üzrə Rusiyada, Almaniyada, Avstriyada təkmilləşmə kurslarında olmuşdur.
Tibb universiteti tələbələri və həkimlər ücün 6 dərslik və dərs vəsaitinin müəllifidir. Respublika və xarici elmi-tibbi jurnallarda 70-dən Çox elmi məqalələri dərc edilmişdir.
Hazırda “Diamed”-də fəaliyyət göstərir.