Xoşbəxt və sağlam yaşamaq hamımızın haqqıdır. Elə buna görə də sağlamlığımıza fikir verməliyik. Ən azı ildə bir dəfə ümumi müayinədən keçməyimiz vacibdir. Bu mənada, Avropa standartlarına uyğun, bütün ambulator xidmətlərin təqdim olunduğu Diamed hər zaman sizə yüksək səviyyəli xidmət göstərməyə hazırdır. Azərbaycanın tibb aləminə yenilik gətirən və 1999-cu ilin may ayından ölkə sakinlərinin xidmətində duran bu tibb mərkəzi ən qabaqcıl ölkələrin tibbi avadanlıqları ilə təchiz olunmuşdur.

     Mərkəzdə yüksək səviyyəli peşəkar mütəxəssislər tərəfindən bütün növ xəstəliklərin müalicə və müayinəsi aparılır. Xalqın etibarını qazanmış Diamed əhaliyə geniş spektrda tibbi xidmət göstərir. Mərkəzin laboratoriyasında Azərbaycanda analoqu olmayan tam avtomatlaşdırılmış robot analizatorları ilə 1000-dən artıq müxtəlif növ analizlər aparılır. Beləki, Diamed Medical Group laboratoriyasında insan müdaxiləsi olmadan mində bir dəqiqliklə 1 saat ərzində nəticə əldə etmək olur. Laborator analizlərlə yanaşı mərkəzdə digər diaqnostik xidmətlər də göstərilir.

     Bu xidmətlər sırasına maqnit rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiya (KT), Rentgenoqrafiya, mamoqrafiya, ultrasəs müayinələri, endoskopik, kardioloji və s. müayinələr daxildir. Mərkəzdə həmçinin kosmetoloji bölmə də yer almışdır. Azərbaycanda yalnız Diamed-də olan diodlu lazer epilyasiya aparatı, əməliyyatsız və ağrısız arıqlama, dəri liftinqi, cavanlaşdırma aparatları və massaj vasitələri ilə həmişə gənc qalacaq, gözəl görünəcəksiniz. Gülərüz personalımız, eləcə də həkim-məsləhətçilərimiz Sizə düzgün istiqamət verəcək. Diamed  aparılan müayinələrin məxfiliyinə tam təminat verir. Diamed Medical Group son dərəcə müasir, son dərəcə dəqiq və son dərəcə təkmilləşdirilmiş bir tibb mərkəzidir. Mərkəzdə dünyanın ən qabaqcıl firmalarının dünya standartlarına uyğun cihaz və reaktivləri istifadə olunmaqla və yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə əhaliyə tam çeşiddə tibbi xidmət göstərilir. Mərkəzimizdə yüksək ixtisaslı peşəkar həkimlər və müasir tibbi avadanlıqlarla təchiz edilmiş müalicə kabinetləri fəaliyyət göstərir. Təcrübəli həkimlərimiz sizə kömək etməyə həmişə hazırdırlar. Bütün fəaliyyət dövrü ərzində Diamed kadr potensialına fikir vermiş, fəaliyyətə başladığı ilk günlərdə məşhur xarici partnyorlarla iş birliyi qurmuşdur. Mərkəzimiz daimi olaraq fəaliyyət dairəsini genişləndirərək, dünya tibb aləmində baş verən yeniliklərlə maraqlanır, dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə iştirak edir və bütün yenilikləri burada tətbiq edir.

     Müəssisədə pasientlərin tam rahatlığını təmin etmək üçün hər bir şərait nəzərə alınmışdır. Beləki, müəssisənin 7-ci mərtəbəsində istirahət guşəsi, habelə kafe, 1-ci mərtəbə də isə daxili Aptek fəaliyət göstərir ki, bu da Mərkəzə müraciət edən xəstələrə həkimlərimiz tərəfindən təyin olunmuş dərmanları zəngin Aptekimizdən birbaşa əldə etmə imkanını yaradır.